OKEAN SƏVİYYƏSİNİN EVSTATİK DƏYİŞİLMƏSİ

bax: Evstatik hərəkətlər.
OKEAN PLİTƏSİ
OKEAN SİLSİLƏLƏRİ
OBASTAN VİKİ
Okean
Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı, köhn. azərb. aqyanus), köhnə mənbələrdə Mühit — Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 km2) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır.
Dəniz səviyyəsinin yüksəlməsi
Dünyada dəniz səviyyəsinin yüksəlməsi, təxminən, 20-ci əsrin əvvəllərində başladı. 1900-2016-cı illərdə dəniz səviyyəsi bütün dünyada 16-21 sm-ə qədər yüksəldi. Peyk radar ölçmələrindən əldə edilən daha dəqiq məlumatlar 1993-cü ildən 2017-ci ilə qədər dəniz səviyyəsinin 7.5 sm yüksəldiyini ortaya çıxardı,:1554 bu da hər 100 ildə 30 sm artım trendinin olduğunu göstərir. Bu yüksəlişin əsas səbəbi dəniz suyunun termik genişlənməsini artıran və örtük buzlağı və buzlaqları əridən, insanın səbəb olduğu qlobal istiləşmədir. 1993-2018-ci illərdə okeanların termik genişləməsi dəniz səviyyəsinin yüksəlməsinin 42%-ni, mülayim buzlaqların əriməsinin 21%-ni, Qrenlandiyadakı buzlaqların əriməsinin 15%-ni və Antarktidadakı buzlaqların əriməsinin 8%-ni təşkil edir. İqlimşünas alimlər 21-ci əsrdə bu rəqəmlər daha da artacağını gözləyirlər.:62 Dəniz səviyyəsinin gələcəyini layihələndirmək çətindir, buna səbəb iqlim sisteminin müxtəlif aspektlərinin kompleks olasıdır. Keçmiş və indiki dəniz səviyyəsi ilə bağlı iqlim tədqiqatları inkişaf etmiş komputer modellərini artırdıqca, proyeksiyalar da buna uyğun olaraq artmışdı. 2007-ci ildə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (İDHP) 2099-cu ilin sonuna qədər dəniz səviyyəsinin ən yüksək təxmin kimi 60 sm-i qəbul etsə də, 2014-cü il hesabatında bu təxmin 90 sm-ə yüksəldi. Sonralar aparılan bir sıra araşdırmalar qlobal dəniz səviyyəsinin 200-270 sm-ə qədər yüksəlməsinin "fiziki olaraq mümkün olduğunu" göstərdi. Uzun dövrlü proyeksiyaların konservativ təxminə görə, 2000 illik periodda temperaturun hər bir Selsi dərcə artışı dəniz səviyyəsini təqribən 2.3 metr artırır, misal olaraq iqlim süstlüyü göstərilə bilər.
Atlantik okean
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Okean (mifologiya)
Okean (yun. Ὠκεανός) — yunan mifologiyasında titan, çaylara, bulaqlara, dəniz cərəyanlarına başlanğıc, günəşə, aya və ulduzlara daldanacaq verən çaylar tanrısı, Uran və Geyanın oğlu, Tefidanın həm qardaşı həm də əri. Mifik Peqas onun sularından doğulmuşdur. Esxilə görə Qanadlı atın sahibi. Urana qarşı üsyanda və Titanomaxiyada iştirak etmədiyinə görə hakimiyyətini qoruyub saxlaya bilmişdir.. Apollodora görə o, Zevsin arvadı Metidanın atasıdır. Xoşməramlığı və mülayimliyi ilə seçilən Okean Prometey və Zevsi barışdırmağa cəhd göstərmişdir. Tənhalığına baxmayaraq tanrılar ona müdrik, xeyirhaq bir ata kimi hörmət edərmişlər. Okeanın qərb sahili həyatla ölüm, yerin altı və üstü arasında bir sərhəd təşkil edərmiş. Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Okean Elzi
Okean Elzı (ukr. Океан Ельзи) - Ukrayna rok-qrupu. 1994-cü ildə Ukraynanın Lvov şəhərində qrupun hal-hazırkı vokalisti Svyatoslav Vakarçuk tərəfindən təsis edilib.
Okean Elzı
Okean Elzı (ukr. Океан Ельзи) - Ukrayna rok-qrupu. 1994-cü ildə Ukraynanın Lvov şəhərində qrupun hal-hazırkı vokalisti Svyatoslav Vakarçuk tərəfindən təsis edilib.
Okean Küləyi
Okean Küləyi (sanskr. सागर पवन) Hindistan Hərbi Donanmasının aerobatika eskadronudur. 2003-cü ildə qurulmuşdur. Qoa ştatında bazalaşıb. Uçuşlar üçün HAL HJT-16 Kiran təyyarələr istifadə olunur. Mavi Mələklərdən sonra, hər hansı ölkənin Hərbi Dəniz Donammasının sahib olduğu aerobatika komandasıdır.
Okean adaları
Okean adaları (rus. океанскue острова, ing. oceanic islands) — cəhətdən materiklərlə əlaqəsi olmayan, okean yatağından qalxan adalar. Mənşəyinə görə vulkanik və mərcan adalarına ayrılır.
Okean biologiyası
Okean biologiyası-biologiya elminin bir sahəsi olub, okeanda yaşayan canlı varlıqların ümumi xüsusiyyətlərini öyrənir.Hidrobiologiyadan fərqli olaraq okean biologiyası elmi sadəcə okeanda yaşamağa uyğunlaşmış canlıları öyrənir.Məsələn,göy balina (kütləsi 150 tona çatır),okean suitiləri və s. kimi canlılar bu elmin tədqiqat obyektləridir.Qeyd edək ki,okeanda həyat çox böyükdür və okean biologiyası həmin canlıların morfologiyasını,anatomiyas-ını,fiziologiyasını,ekologiyasını və s.öyrənir. Моисеев П. А. Биологические ресурсы Мирового океана. — М., 1969.
Okean cəbhəsi
Okean dibi
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. Laxar brekçiyaları Nohur Xionosfer Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Okean novu
Okean novu (rus. Глубоководный жёлоб, ing. Oceanic trench) — çox uzun, planda qövsvari, bəzən düzxətli ensiz asimmetrik çökək. Talassokratonların kənarlarında adalar qövsü sistemlərinin bir hissəsini təşkil edən yarıqlar boyu fəal inkişaf edir. Bəzi hallarda dərinsu okean novu adalar qövsünün okeana tərəf deyil, kənar dənizin dərin su çuxuru hüdudlarında yerləşir (Məs., Banda dənizi, Çin dənizində Luson adasından qərbdə və b.). Dərinsu okean novu dərinliyi 5-11 km arasında dəyişir. Ən böyuk dərinlik (11,022 km) Marian novunda müşahidə edilmişdir. Dərinsu okean novu uzunluğü min km-lərlə (2000-4000 km), eni bir neçə km (6,5km izobatı üzrə) çatır. Bu novların dibində okeana nisbətən daha intensiv çöküntütop­lanma müşahidə edilir və bəzən qalınlıq 2-3 km-ə çatır. Lakin Dərinsu okean novu yamaclarında çöküntülərin qalınlığı cüzi olur.
Okean platosu
Okean platosu (rus. плато океанское, ing. oceanic plateau) — 2500–3000 metr dərinlikdə yerləşən düzən relyef, abissal düzənliklərə doğru dik yamacla düşür. Platonun hamar səthi tektonik pillələr, vulkan və fay tipli sualtı dağlarla mürəkkəbləşmiş olur.
Okean tirəsi
Okean tirəsi (rus. вал океанский, ing. oceanic rampart, oceanic swell) — talassokratonun sadə, müsbət strukturu, okean dibinin tağvari qalxması. Qanadları sürüşmələrlə, tağı isə qırılmalarla mürəkkəbləşmiş olur. Onun tağ hissəsində bir xətt boyunca uzanan vulkan aparatları yerləşir. Sakit okeanın qərb hissəsində aydın təzahür edir.
Okean yatağı
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. Laxar brekçiyaları Nohur Xionosfer Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Okean çökəkliyi
Okean çökəkliyi (rus. океанская котловина; ing. oceanic basin) — okean dibi relyefinin ən iri elementi və tektonik strukturu, materik yamacı, sualtı silsilələr, tirələr və yüksəkliklərlə əhatələnən geniş çökəklik. Okean çökəkliyi bir-birilə dərin keçidlərlə birləşə bilər. Okean dibində yerləşən bu çökəkliklərin orta dərinliyi 5 min metrə çatır.
Sakit Okean
Sakit okean (ing. Pacific Ocean) — 161.8 mln km² sahəsi olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit Okean və Cənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19.000 km, şimaldan cənuba doğru isə 16.000 km məsafədə uzanır. Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş verir Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Böyük okyanus" adlandırılmışdır. Berinq dənizi Oxot dənizi Yapon dənizi Şərq dənizi Sarı dəniz Şərqi Çin dənizi Cənubi Çin dənizi Yava dənizi Banda dənizi Filippin dənizi Ross dənizi Amundsen dənizi Bellinshauzen dənizi Mərcan dənizi Tasman dənizi Durvil dənizi Fici dənizi və.s. Sakit okean Yer kürəsinin 1/3 hissəsini, Dünya okeanının demək olar ki, yarısını tutur.
Okean dalğaları
Okean dalğaları (yap. 海がきこえる, ing. Ocean Waves, digər adı ilə I Can Hear the Sea) — Studio Ghibli-nin 1993-cü ildə ekranlara çıxan anime filmi. Taku Morisaki qatar stansiyasında doğma şəhəri Koçiyə qayıdarkən yolda məktəb günlərində yaşadığı sevgi üçbucağını xatırlayır. Ocean Waves (anime) Anime News Network Ensiklopediyasında Ocean Waves — Internet Movie Database saytında.
Okean (film, 1986)
Okean (ingiliscə: Samundar) – 1986-cı ildə Rahul Rawailin rejissorluğu və Muşir-Riazın prodüserliyi ilə çəkilmiş Hindistan romantik döyüş filmidir. Filmdə Sunny Deol, Poonam Dhillon, Anupam Kher və Amrish Puri çəkilmişdirlər. Sunny Deol ... Ajit Poonam Dhillon ... Anjali Anupam Kher ... Rajeshwar Nath / Girija Shankar Paresh Rawal ... Hansukh Amrish Puri ... Raizada Narsingh Navin Nischol ... Surajbhan Manauj Nair ...
Okean suyunun hərəkəti
Okean suyunun hərəkəti — suyun hərəkətinə səbəb külək, hava kütlələri, Ay və Günəşin cazibə qüvvəsi, sualtı vulkan və zəlzələlərdir. Suyun hərəkəti 200 m dərinliyə qədər baş verir. Daha dərində su hərəkətsiz olduğundan okean dibinin relyefi dəyişmir. Suyun hərəkətinin 3 forması var: Dalğanı yaradan başlıca səbəb küləkdir. Dalğanın ən hündür nöqtəsi yal, ən alçaq nöqtəsi daban adlanır: 2 qonşu yal arasındakı məsafə dalğanın uzunluğu, yal ilə daban arasındakı məsafə isə dalğanın hündürlüyü adlanır. Dalğanın hündürlüyü küləyin sürətindən, uzunluğu isə hövzənin dərinliyindən asılıdır. Sürətinə görə dalğalar: Şəlakət-0 m/san: Zəif (və ya kapillyar) - 1 m/san.; Qravitasiya-2-6 m/san.; Köpüklü -7-8 m/san. Köpüklü dalğalanın yaranmasında duzluluğun rolu böyükdür. Dalğalar temperatur və duzluluğu yayır, donmanı gecikdirir. Dalğalanın dağıdıcı fəaliyyətinə abraziya deyilir.
Okean yer qabığı
Okean yer qabığı — Yer qabığı tipi olub okean ərazilərini əhatə edir. Okean yer qabığı planet səthinin 56 % - ni əhatə edir və onun başlıca cəhəti az qalınlığa (orta hesabla 5 –7 km -ə yaxın) malik olmasıdır. Lakin belə nazik qabıq da öz-özlüyündə iki qata ayrılır. Bu qatın qalınlığı okean çuxurları süxurlarında 1 km-dən 15 km-dək, qitə yaxınlığında isə 15 km-dək və daha çoxdur. Okean çuxurlarında çöküntülər, adətən, gillərdən, silisimlu və əhəngli lillərdən təşkil olunur. Okeanların çökmə qatından uzununa seysemik dalğaların keçmə sürəti 2–5 km/san-dir. Okean dərinliklərindəki ən qədim çöküntülərin yaşı 180 milyon ildən artıq deyildir. Belə bir təsəvvür yarana bilər ki, mezozoy erasının ortalarına kimi Yer üzündə, ümumiyyətlə, okean olmamışdır. Lakin bu heç də belə deyildir. Okean qabığının bu qatı, ümumiyyətlə, sualtı vulkanların püskürmə məhsulları olan bazaltdlardan təşkil olunmuşdur.
Orta-Okean silsiləsi
Orta-Okean silsiləsi — sualtı silsilələrdən ibarət olan bir şəbəkədən ibarətdir. Onun ümumi uzunluğu 70 min km məsafədə uzanır. Bu silsilənin mövcudluğu uzun zaman elmə məlum olmamışdır. Səbəb isə onların qalın su örtülü ilə örtülməsi olmuşdur. XX əsrin 50-ci illərində silsilələr exolakasiya yolu ilə aşkarlanmışdır. 60-cı illərin sonunda tektonik plitələr anlayışı ortaya çıxır. Bununla da silsilələrin mövcudluğu elmi yolla isbat edilir. Orta-Okean silsiləsi ilə quruda yerləşən silsilələr arasında fərq təbii ki, onların müxtəlif təsirlərə məruz qalması ilə əlaqədardır. Orta-Okean silsiləsi özü müxtəlif hissələrə bölünür. Onların il ərzində litosfer tavalarının 8-16 sm yerdəyişməsi ilə əlaqədar silsilələrin hündürləşməsi müşahidə edilə bilər.
Sakit Okean kütdimdiyi
Sakit okean kütdimdiyi (lat. Fratercula corniculata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin təmizçilər fəsiləsinin kütdimdik cinsinə aid heyvan növü.
Sakit okean Tərəfdaşlığı
Trans-Pacific Partnership (TPP'), və ya Trans-Pacific Partnership Agreement, Avstraliya, Avstraliya, Bruney], Kanada, Çili, Yaponiya, Malayziya], Meksika, Meksika, Yeni Zelandiya, Peru, Peru, Sinqapur, Vyetnam] arasında təklif olunan ticarət sazişi, Kanada, Kanada, Çili, Amerika, Amerika arasında 2016-cı il fevralın 4-də imzalanmış müqavilə olmuşdur. Yeni seçilmiş Prezident Donald Tramp 2017-ci ilin yanvarında ABŞ-nin TPP-dən çəkilməsindən sonra, müqavilə tələb olunduğu kimi ratifikasiya edilə bilmədi və qüvvəyə minmədi. Qalan ölkələr trans-Sakit okean tərəfdaşlığı üçün Hərtərəfli və Tərəqqi Sazişi adlı yeni ticarət sazişi ilə bağlı danışıqlar edilər. Bu saziş TPP-nin əksər maddələrini özündə cəmləşdirir və 30 dekabr 2018-ci ildə qüvvəyə mindi. TPP 2005-ci ildə Bruney, Çili, Yeni Zelandiya və Sinqapur tərəfindən imzalanmış Trans-Sakit okean Strateji İqtisadi Tərəfdaşlıq Sazişinin (TPSEP və ya P4) genişləndirilməsi kimi başlamışdır. 2008-ci ildən etibarən daha geniş razılaşma üçün əlavə ölkələr müzakirəyə qoşuldu: Avstraliya, Kanada, Yaponiya, Malayziya, Meksika, Peru, ABŞ və Vyetnam. Bununla da, müzakirə edən ölkələr on ikiyə çatdılar. 2017-ci ilin yanvarında ABŞ sazişdən geri çəkildi. Digər 11 TPP ölkəsi 2017-ci ilin may ayında onu ilin yanvar ayında razılığa gəldi. 2018-ci ilin mart ayında 11 ölkə Trans-Sakit okean Tərəfdaşlığı üçün hərtərəfli və mütərəqqi saziş adlanan sazişin yenilənmiş variantını imzalayıb.
Sakit okean gillemotu
Sakit okean gillemotu — auk ailəsindən (Alcidae) orta ölçülü dəniz quşu. O, Cepphus cinsinin əlaqəli növlərinə, xüsusilə də bir qədər böyük olan adi gillemota (Cepphus gylle) bənzəyir. Yetkin nümunələrdə qanadlarında ağ yamaq olan qara lələk var. Qaranlıq gağa olduqca nazik, pəncələri isə qırmızıdır. Qışda lələklərin yuxarı hissəsi boz rəngli bir rəng əldə edir, aşağı hissəsi isə ağ olur. Göyərçin gillemotları sürətli qaça bilər, həmçinin demək olar ki, dik vəziyyətdə dayana bilər. Sakit okean gillemotları Sakit okeanın şimalındakı qayalı adalarda kiçik koloniyalarda çoxalır. Onların diapazonu Kamçatkadan Şimali Amerikaya qədər uzanır, burada Alyaskadan Kaliforniyaya qədər bütün sahil boyunca tapıla bilər. Göyərçin gillemotları qışda Alyaskadan cənubdakı buzsuz ərazilərə köç edir. Kaliforniya quşları şimaldan Britaniya Kolumbiyası ərazisinə köç edir.

Digər lüğətlərdə